Sabir Sultanov Musiqili Teatrda Sabir Sultanovun 70 illiyi qeyd olunub Azərbaycan Dövlət Musiqili Teatrının özünəməxsus ifa tərzi ilə yaddaşlarda iz qoyan mərhum aktyoru Sabir Sultanovun 70 yaşı tamam olub. Qurumun Mətbuat xidmətindən Senet.az saytına verilən məlumata əsəsən Dövlət Musiqili Teatrında Sabir Sultanovun xatirəsi anılıb və “Qızıl toy” (Ramiz Heydər, Oqtay Kazimi) tamaşasının növbəti nümayişi mərhum aktyorun 70 illiyinə həsr olunub.
Tamaşanın nümayişindən öncə Musiqili Teatrın əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova S. Sultanovun həyat və yaradıcılığı haqqında çıxış edib. V. Mühacirova aktyorun oynadığı rolların hər zaman tamaşaçılar tərəfindən böyük sevgi və rəğbətlə qarşılandığını xüsusi qeyd edib. “Sabir Sultanovun “Qızıl toy” komediyasında canlandırdığı Fransız turist oğlan obrazını onun sənətinin pərəstişkarları indi də məmnunluqla xatırlayır.
“Qızıl toy” tamaşasının bugünkü nümayişinin Sabir Sultanovun 70 illiyinə həsr olunmasının səbəbi də məhz budur”, - deyə V. Mühacirova bildirib. Senet.az
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür