Noyabrın 7-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-dramaturq Əli Əmirlinin "Ağa Məhəmməd şah Qacar" pyesi əsasında "Şah Qacar" tamaşası təqdim ediləcək. Senet.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, Xalq Artisti, teatrın baş rejissoru Azərpaşa Nemətov, musiqi tərtibatçısı bəstəkar, Xalq Artisti Səyavuş Kərimidir. Səhnə əsərində Ağa Məhəmməd şah Qacar rolunu Xalq Artisti Fuad Poladov canlandıracaq. Digər rollarda Xalq Artisti Laləzar Mustafayeva, Əməkdar artistlər Sabir Məmmədov, Ayşad Məmmədov, Kazım Abdullayev, Məmməd Səfa, aktyorlar Anar Heybətov, Mətləb Abdullayev və başqaları çıxış edəcəklər. Qeyd edək ki, gərgin dramatik səhnələr üzərində qurulan tamaşada yazıçı təxəyyülünün süzgəcindən keçən Qacar obrazı bacarıqlı sərkərdə və dövlət başçısı kimi daha çox diqqəti cəlb edir. Səhnə əsərində Qacar, həm də tarixilikdən çıxaraq öz taleyinin girdabında əzab çəkən, bitib-tükənmək bilməyən suallara cavab axtaran bir insan obrazı kimi təsvir olunur.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür