Senet.az Hədəf Liseyinin qurucusu Şəmil Sadiqin tövsiyəsini təqdim edir:
Direktor:
- Salam müəllim, bu gün Aytacla söhbətimiz oldu, məlum oldu ki, sizin dərsi başa düşmür, sual verəndə də ya cavab ala bilmir, ya da siz ona “bu nədir ki bilmirsən?” Deyib uşaqların yanında utandırırsınız. Ona görə də qrupu dəyişmək istəyir. Mən onu başa saldım, siz də bir az metodunuzu dəyişin, onun könlünü alın, amma mənim sizə nəsə dediyimi hiss etdirməyin. Elə edin ki, özünüz müəyyənləşdirmiş kimi görünsün.
Müəllim:
- Bəli, başa düşdüm, düzdür, mən zarafat etmişəm, həll edərəm, siz narahat olmayın.
Müəllim sinifdə:
– Hə uşaqlar, necəsiniz? Oxumusunuz dərsi? Görək kim hansı sualla gəlib. Qorxmayın, nə qədər istəsəniz sual verə bilərsiniz. Söz, yorulmadan da olsa, cavab verəcəm. Eşitdim, məni bəyənməyənlər var, şikayət edib rəhbərliyə (Aytacın gözünə baxaraq). Belə də ki, dərsimi bəyənməyənlər üçün qapımız açıqdır.)
Dəyərli müəllimlər! Yaxşı bilirik ki, balabilgə müəllim münasibətlərində ara-sıra problemlər olur. Bu problem, adətən, adaptasiya dövründə baş versə də, bəzən bir-birini çoxdan tanıyan müəllim və şagirdlər arasında da baş verir! Səbəblər çox müxtəlif ola bilər, bu təbiidir. Təbbi olmayan bu anlaşılmazlığın aradan götürülməsində müəllim səriştəsizliyidir. Olur ki, məktəbli problemini gizli və ya açıq şəkildə dilə gətirsin.
Adətən, uşaqlar böyüklərdən daha duyğusal yanaşıb bu cür problemi birbaşa müəllimə yox, məktəb rəhbərliyindən kim iləsə, sinif rəhbəri və ya valideyni ilə bölüşür. Bunu eşidən şəxs də bunu sizinlə bölüşüb, problemin mahiyyətini müəllimə çatdırır. Siz bir uşağın sizdən incik olduğunu, narazı olduğunu eşidən zaman qətiyyən ona qarşı aqressivləyə, məhz bunun onun üzünə vurmağa, üstüörtülü də olsa, bu şikayətdən xoşlanmadığınızı göstərməyə haqqınız yoxdur. Siz bunu ustaca, şagird hiss etmədən həll etməyi bacarmalısınız. Axı siz rəhbərlikdən eşitdiyinizi tənqidi sinfə girərək bunu uşağa göstərməyiniz, səriştəsizlikdir və bu səriştəsizlik nəticəsində naqis bir insan yetişəcəyinin fərqində olmalısınız. O uşaq bəlkə bir ömür öz problemini kiminsə bölüşməyəcək, dərdini deməyəcək. Halbuki, bunu siz həll edərək, uşağı inandıra və öyrədə bilərsiniz ki, bundan sonra nə problemin varsa, birbaşa özümə de, narahat olma!
Bir sözlə ki, hər hansı bir uşağın sizdən haqlı və haqsız narazı olduğunu eşitdiyiniz anda o uşağa qarşı qəlbinizdə kin, qəzəb formalaşdırmayın, bu kin yaransa belə olsa belə heç olmasa büruzə verməyin!
Həm özünüzü, həm də rəhbərliyi gözdən salır, uşağın özgüvənini qırır, səmimiyyətinə zərbə vurursunuz!
“Şuşa İli” ilə əlaqədar “Rəsm saatı” təşkil olunub
“Art-terapiya” dərsləri yenidən başladı
Osmanlı sultanlarının portretləri satışa çıxarılacaq
“Qələbə hünəri” sərgisinə əsər qəbulu davam edir
Tanınmış rəssam əsərini Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə edib
Pikassonun 9 əsəri Fransa hökumətinə bağışlanacaq
Riyaziyyatçılar Van Qoqun yaradıcılıq uğurlarının səbəbini tapıblar
“Mənim düşüncəm-2021” müsabiqəsi davam edir
Turnerin rəsm əsəri təxminən 200 il sonra ilk dəfə sərgilənəcək
“Özünü kəşf et” adlı ustad dərsləri davam edir