Martın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan və Türkiyə ədəbiyyatının seçilən poeziya nümunələrindən ibarət “Şair və Vətən” adlı şeir gecəsi təşkil olunacaq.
Senet.az xəbər verir ki, Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə reallaşacaq gecə Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə gerçəkləşəcək.
Azərbaycan və Türkiyə poeziya nümunələrinin tarixi inkişaf mərhələləri haqqında məlumat veriləcəyi tədbirdə “Vətən və millət eşqi, qəhrəmanlıq və igidlik” mövzularında şeirlər professional teatr sənətçiləri tərəfindən səsləndiriləcək.
Proqramın sonunda Bakı Bələdiyyə Teatrının aktyorları tərəfindən kiçik səhnəcik təqdim olunacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür