
Senet.az oxucularına şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hüseyn Bağıroğlunun şeirlərini təqdim edir.
Salam əziz Şuşa
Sənsən bizim ruhumuzun məskəni,
Yad əllərdə qoyardıqmı heç səni?
İti qovan kimi qovduq düşməni,
Salam əziz Şuşa, biz qayıtmışıq.
Sənə göz dikənin vurduq gözündən,
Hünəri var bir də çıxsın özündən.
Gör nə at çapırıq Cıdır düzündə,
Salam əziz Şuşa, biz qayıtmışıq.
Sən indi azadsan azad quş kimi,
Axır gözümüzdən sevinc yaş kimi,
Eşqin qəlbimizdə bir naxış kimi.
Salam əziz Şuşa, biz qayıtmışıq.
Çox oddan alovdan keçib gəlmişik,
Dağ çəkənə dağlar çəkib gəlmişik,
Şəhadət şərbəti içib gəlmişik.
Salam əziz Şuşa, biz qayıtmışıq.
Bəxtin açılıbdır al səhər kimi,
Zəfər görünməyib bu zəfər kimi,
Biz sənin qoynuna gəldik ər kimi.
Salam əziz Şuşa, biz qayıtmışıq.
Gördü qəlbindəki atəşi, közü,
Çıxdı kəlləsinə düşmənin gözü.
Ali baş komandan söylədi özü:
Salam əziz Şuşa, biz qayıtmışıq.
Azərbaycan əsgəri!
Haçan qanın qaynadı Yer yerindən oynadı.
Sən bu Vətən uğrunda Savaşdan heç doymadın.
Ey tarixin ilk əri, Azərbaycan əsgəri!
Dünya türkün dünyası,
Vətən ömrün mənası,
Başda Turan sevdası,
Bağrına bas Xəzəri.
Sənsən uca Allahın Ən sevimli əsəri, Azərbaycan əsgəri!
İman dolu köksünə Nə ox, nə güllə dəysin.
Uca Tanrı düşməni Sənin əlinlə döysün.
Hünərinə sevinib Coşsun Araz, Həkəri...
Ey tarixin ilk əri, Azərbaycan əsgəri!
Səni görən olmadı Söyüş meydanlarında.
At oynatdın hər zaman Döyüş meydanlarında.
Vətənə bahar oldun Ömrünün baharında.
Ey tarixin ilk əri, Azərbaycan əsgəri!
Sənin qəhrəmanlığın Dünyanı çaş-baş salıb.
Düşmənlərin başına Daşdan ağır daş salıb.
Önündə dayanmağa Yox dünyanın təpəri.
Ey tarixin ilk əri, Azəraycan əsgəri
Sənin alın yazında Öldü var, döndü yoxdu.
Bu millətin yolunda Yandı var, söndü yoxdu.
Sən gözümün qarası, Sən gözümün ağısan.
Anam Azərbaycanın Sönməyən çırağısan.
Adın dillər əzbəri, Özün düşmən çəpəri.
Ey tarixin ilk əri, Azərbaycan əsgəri!
Sən vüqarlı Haçadağ, Sən yenilməz Əlincə.
Meydanlardan çıxmadın, Yağı düşmən ölüncə.
Sənsən ana yurdumun Açılan hər səhəri.
Ey tarixin ilk əri, Azərbaycan əsgəri!
Senet.az oxucularına şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hüseyn Bağıroğlunun şeirlərini təqdim edir.
Salam əziz Şuşa
Sənsən bizim ruhumuzun məskəni,
Yad əllərdə qoyardıqmı heç səni?
İti qovan kimi qovduq düşməni,
Salam əziz Şuşa, biz qayıtmışıq.
Sənə göz dikənin vurduq gözündən,
Hünəri var bir də çıxsın özündən.
Gör nə at çapırıq Cıdır düzündə,
Salam əziz Şuşa, biz qayıtmışıq.
Sən indi azadsan azad quş kimi,
Axır gözümüzdən sevinc yaş kimi,
Eşqin qəlbimizdə bir naxış kimi.
Salam əziz Şuşa, biz qayıtmışıq.
Çox oddan alovdan keçib gəlmişik,
Dağ çəkənə dağlar çəkib gəlmişik,
Şəhadət şərbəti içib gəlmişik.
Salam əziz Şuşa, biz qayıtmışıq.
Bəxtin açılıbdır al səhər kimi,
Zəfər görünməyib bu zəfər kimi,
Biz sənin qoynuna gəldik ər kimi.
Salam əziz Şuşa, biz qayıtmışıq.
Gördü qəlbindəki atəşi, közü,
Çıxdı kəlləsinə düşmənin gözü.
Ali baş komandan söylədi özü:
Salam əziz Şuşa, biz qayıtmışıq.
Azərbaycan əsgəri!
Haçan qanın qaynadı
Yer yerindən oynadı.
Sən bu Vətən uğrunda
Savaşdan heç doymadın.
Ey tarixin ilk əri,
Azərbaycan əsgəri!
Dünya türkün dünyası,
Vətən ömrün mənası,
Başda Turan sevdası,
Bağrına bas Xəzəri.
Sənsən uca Allahın
Ən sevimli əsəri,
Azərbaycan əsgəri!
İman dolu köksünə
Nə ox, nə güllə dəysin.
Uca Tanrı düşməni
Sənin əlinlə döysün.
Hünərinə sevinib
Coşsun Araz, Həkəri…
Ey tarixin ilk əri,
Azərbaycan əsgəri!
Səni görən olmadı
Söyüş meydanlarında.
At oynatdın hər zaman
Döyüş meydanlarında.
Vətənə bahar oldun
Ömrünün baharında.
Ey tarixin ilk əri,
Azərbaycan əsgəri!
Sənin qəhrəmanlığın
Dünyanı çaş-baş salıb.
Düşmənlərin başına
Daşdan ağır daş salıb.
Önündə dayanmağa
Yox dünyanın təpəri.
Ey tarixin ilk əri,
Azəraycan əsgəri
Sənin alın yazında
Öldü var, döndü yoxdu.
Bu millətin yolunda
Yandı var, söndü yoxdu.
Sən gözümün qarası,
Sən gözümün ağısan.
Anam Azərbaycanın
Sönməyən çırağısan.
Adın dillər əzbəri,
Özün düşmən çəpəri.
Ey tarixin ilk əri,
Azərbaycan əsgəri!
Sən vüqarlı Haçadağ,
Sən yenilməz Əlincə.
Meydanlardan çıxmadın,
Yağı düşmən ölüncə.
Sənsən ana yurdumun
Açılan hər səhəri.
Ey tarixin ilk əri,
Azərbaycan əsgəri!
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür