Bu nə yoldu əvvəli və sonrası içində – Rüstəm Behrudinin imza günü və şeir gecəsi
Tanınmış Azərbaycan şairi Rüstəm Behrudinin “XAN” nəşriyyatının “Çağdaş Ədəbiyyat” seriyasında yeni nəşr olunmuş “Şaman duasından dar ağacına” adlı şeirlər kitabının təqdimat və imza günü keçiriləcək. Kitabdakı şeirlər “Qurd başlı tuğlar bizim”, “Çıxıb getməyə qurulub onsuz da bütün saatlar”, “Məzarlıqda bitən yovşan” və “Mən dəli, havalar dəli” sərlövhələrində birləşdirilib. Kitabın redaktoru f.ü.f.d., dos. Şəmil Sadiq, rəssamı Pəri Miniatürdür.
Nəşriyyatın verdiyi məlumata görə tədbirdə şairin şeir gecəsi də keçiriləcək və müəllif şeirlərini səsləndirəcək.
Tədbir 25 noyabr, saat 15:00-da Kitabevim.az mağazalar şəbəkəsinin mərkəz filialında keçiriləcək.
Ünvan: Puşkin küç. 32 a (AK center II mərtəbə, 28 may m/s yaxınlığı)
Tel.: 012 498 79 89, 055 877 24 44
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür