
15 noyabr Hədəf Oxucu Klubunun təşəbbüsü ilə Kitabevim.az kitab marketində Milli Elmlər Akademiyasının Folklor İnstitunun əməkdaşı, sufi-ozan Fəxrəddin Salimlə sazlı-sözlü görüş keçirilib. Hədəf Oxucu Klubunun moderatoru Odər Sərdar tədbir iştirakçılarını salamlayıb sonra Sazlı-sözlü görüşə toplanan ziyalılar Fəxrəddin Salimin sənəti, fəaliyyəti, sufilik haqqında fikirlərini bölüşüblər. Tədbirdə f.ü.f doktoru Sona Vəliyeva, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı, f.ü.f doktoru Elxan Məmmədli, f.ü.f doktoru Muxtar İmanov, f.ü.f doktoru Azər Turan, t.ü.f doktoru Dilavər Əzimli, f.ü.f doktoru Şəmil Sadiq, t.ü.f doktoru Qənirə Pirquliyeva , t.üf. doktoru Elvin Əliyev, əməkdar artistlər Qəzənfər Abbasov və Anar Şuşalı, məktəblilər və gənclər iştirak ediblər. Sazlı-sözlü görüşə toplanan ziyalılar Fəxrəddin Salimin sənəti, fəaliyyəti, sufilik haqqında fikirlərini bölüşüblər. Tədbirdə Fəxrəddin Salim şeirlərini sazın müşaiəti ilə ifa edib. Daha sonra Rüstəm Əliyev adına 3 nömrəli məktəbin müəllimi Ləman Osmanlının şagirdləri Fəxrəddin Salimin şeirlərini ifa ediblər. Mərasimdə həmçinin əməkdar artistlər Qəzənfər Abbasov və Anar Şuşalının ifasında muğam təsnifləri səslənib. Mərasimin gedişində sufi-ozan Fəxrəddin Salim tədbirə toplaşanların suallarını cavablandırıb. Tədbirdə həmçinin Fəxrəddin Salimin yeni nəşr olunan “Rübai divanı” və “ Eşq risaləsi” kitabları oxuculara təqdim olunub. Səma Fuadqızı
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür