Dünən Azərbaycan Diplomatik Akademiyasında “ADA Çölçü Klubu” və “İlğım” qrupu tərəfindən təşkil edilmiş tədbirdə f.ü.f.d. Şəmil Sadiq "Azərbaycan Ədəbiyyatında Milli Axın və Onun Günümüzə Təsirləri” adlı mühazirə deyib.
Aldığımız məlumata görə, tədbirdə akademiyanın tələbələri ilə yanaşı, müxtəlif universitetlərin tələbələri, təhsilə aid bəzi qurumlardan qonaqlar iştirak edib. 1 saat davam edən mühazirədə Şəmil Sadiq ümumilikdə ədəbiyyatın məqsədləri barədə danışarkən, əsas hədəfi “Ədəbiyyatda milli ruh” məsələsinə yönəldib. Bu barədə dünya ədəbiyyatından xeyli misal çəkən mühazirəçi yerli ədəbiyyat nümayəndələrinin də bu cəhdlərini müqayisə edib. Ş.Sadiq deyib ki, “Ədəbiyyatda milli ruh, milli ideologiya bir çox yazıçı və şairlərimizdə olsa da, mənə görə, ən milli düşüncə insanımız Hüseyn Caviddir. Onun bir “Şeyx Sənan”ı bunu sübut etmək üçün kifayət edir”.
Mühazirədən sonra Şəmil Sadiq auditoriyanın suallarını cavablandırıb, müzakirələrə səbəb olan bir sıra mövzulara toxunub.Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür