F.ü.f.d., dos Şəmil Sadiqə Qazaxıstan Sənət Akademiyası tərəfindən Xan Çapanı milli geyimi təqdim olunub. Hədiyyəni Beynəlxalq Kaşğari Fondunun rəhbəri Elxan Zal təqdim edib. O, sözügedən hədiyyənin əhəmiyyətindən bəhs edib: “Bu yaxınlarda Qazaxıstanda idim. Qazaxıstan Sənət Akademiyası dostumuz, dəyərli allimimiz Şəmil Sadiqə çatdırılması üçün mənə Xan Çapanını təqdim etdilər. Şəmil Sadiq türk dünyasının dəyərli şəxslərindən biridir. Onun istər elmi fəaliyyəti, istərsə də yazdığı əsərlər türkçülüyün inkişafına xidmət göstərir. Məhz buna görə də, Xan Çapanını ona verməkdən böyük məmnunluq hissi keçirirəm”. Şəmil Sadiq də belə bir hədiyyənin almağın böyük qürur keçirdiyini bildirib: “Mən Elxan Zala və Qazaxıstan Sənət Akademiyasının rəhbərliyinə öz təşəkkürlərimi bildirirəm. Bu hədiyyə həqiqətən də mənim üçün çox qiymətlidir. Sevinirəm ki, gördüyüm işlər, başqaları tərəfindən də yüksək qiymətləndirilir”. [gallery ids="12504,12503,12502,12501,12500,12505"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür