Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, Turan Balabilgə Akademiyasının prezidenti, dosent Şəmil Sadiqin bu günlərdə çap olunan “Türk bölməsi və ya Türk Təhsil modeli” adlı məqaləsi qardaş Türkiyədə də geniş maraq doğurub və ictimai müzakirə mövzusuna çevrilib. Məqalə ilə bağlı Anadolu Universitetinin professoru, beynəlxalq təhsil eksperti Levent Eraslan “tv100” televiziya kanalının rəsmi saytında “Küresel Eğitim Rekabetinde Türkiye ve Türk Dünyası İçin Stratejik Bir Zorumluluk: Türk Dünyası Konsepti” adlı analitik yazı ilə çıxış edərək, müasir dövrdə Türk təhsil modelinin formalaşdırılmasının vacibliyini vurğulayıb, Şəmil Sadiqin son dərəcə aktual və strateji bir mövzuya toxunduğunu xüsusi qeyd edib.
Qeyd edək ki, Ş. Sadiqin ictimai müzakirəyə çıxardığı məqalədə “Niyə hələ də Türk Təhsil Konsepti mövcud deyil, niyə türk ölkələrində ortaq kurikuluma əsaslanan vahid sistem formalaşdırılmayıb, niyə Türkiyə beynəlxalq səviyyədə tanınan və akreditasiyalı Türk təhsil modeli təqdim etmir?” kimi mühüm suallara cavab axtarılır. Məqalədə Türkiyənin həm siyasi, həm də iqtisadi potensialına görə bu təşəbbüsü həyata keçirə biləcək ən güclü türk dövləti olduğu diqqətə çatdırılır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür