senetaz

Həsən Əliyev 80 D

12 Dekabr 2015 231

Seminar-treninqin ikinci günü uğurla başa çatdı

Seminar-treninqin ikinci günü uğurla başa çatdı

IMG_4656İstiqlal Tədris və Yaradıcılıq Mərkəzinin İstanbul Aydın Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Onlayn Media: Yeniliklər, perspektivlər və problemlər” adlı-seminar treninqinin ikinci günü uğurla başa çatıb. Tədbir Bakı Dövlət Universitetinin Jurnalistika Elmi–Tədqiqat laboratoriyasının müdiri, dosent Vüqar Zifəroğlunun “Müasir dövrdə onlayn mediada informasiya manipulyasiyası halları və buna qarşı mübarizə yolları” adlı seminarı ilə açılıb. Daha sonra tədbir iştirakçıları mövzu barəsində öz suallarını təlimçiyə ünvanladılar. Seminardan sonra Orxan Cabbarlı, Adem Ayten, İsmayıl Həsənov, Rəbiqə Naizmqızı, Kamal Yaşar və Vüqar Quliyev kimi tanınmış jurnalistlərin iştirakı ilə ““Onlayn Media: Yeniliklər, perspektivlər və problemlər” mövzusunda müzakirələr keçirildi. Gənclərin də qoşulduğu müzakirələr zamanı onlayn medianın üstünlükləri və özü ilə gətirdiyi problemlər, xəbər kirliliyinin qarşısının alınması mövzuları ətrafında polemikalar aparıldı. Sonda iştirakılara sertifikatlar verildi və xatirə fotosu çəkildi.   IMG_4415           IMG_4423                     IMG_4421       IMG_4460       IMG_4464       IMG_4465       IMG_4468       IMG_4472       IMG_4480       IMG_4481     IMG_4488       IMG_4494     IMG_4519     IMG_4580     IMG_4590     IMG_4604   IMG_4618       IMG_4625       IMG_4547     IMG_4549