Statistikalara görə, hazırda il ərzində 5,4 milyon insan tütündən, siqaretdən istifadə etdiyinə görə ölür! Mütəxəssislər bildirir ki, siqaret çəkmək riski məktəbdə, orta və yuxarı siniflərdə oxuyan şagirdlər arasında daha çox olur.Azərbaycanda da yeniyetmələr arasında bu pis vərdişə tutulanların sayı günü-gündən artır.
Senet.az saytı da ziyalılarımızı 15 sentyabr “Bilik Günü” münasibətilə “SİQARETƏ YOX!” aksiyasına qoşulmağa dəvət edir.
Məqsədimiz ədəbiyyat, sənət, təhsil və mədəniyyət sahələrində çalışan insanlarımızın daha güclü təsir effektinə malik olduqlarını nəzərə alaraq, cəmiyyətimizdə yetkinlik yaşına çatmayan uşaqların, habelə gənclərin, universitet tələbələrinin dünyada ən zərərli vərdişlərdən biri olan siqaret çəkməyə qarşı birləşməsi, nikotinin sağlamlığımız üçün təhlükəli olduğunu təbliğ etməkdən ibarətdir.
Aksiya üçün qələm adamlarının, dəyərli ziyalılarımızın çağırışlarını, təbliğat mətnlərini dərc etməyə hazırıq. Feysbuk sosial şəbəkəsində haştaqımız: #siqareteyox!
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür