1 fevral 2015-ci il tarixində, saat 15:00-da “Kitabevim.az” kitab marketində yeni təsis edilmiş “Senet.az” elektron dərgisinin təqdimatı keçiriləcək. Bu barədə dərginin baş redaktoru Müşfiq Xan məlumat verib. “Təqdimata bütün ədəbiyyat və mədəniyyət adamlarını, oxucuları dəvət edirik. Ümid edirik ki, dostlarımız və ədəbiyyatsevərlər həmin gün bizi tək qoymayacaq”. Dərginin təsisçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq açıqlamasında bildirib ki, ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyət göstərəcək “senet.az” dərgisi digər ədəbiyyat və mədəniyyət saytlarından ciddi şəkildə fərqlənəcək: “Senet.az elektron dərgisini yaratmaqda məqsədimiz sənət, söz adamlarının yataq otağını təbliğ və tərənnüm edib milləti kütləyə çevirmək yox, ciddi elmi və ədəbi mətnləri təqdim etməklə milli qürur hissinin, bəşəriliyin, mərifətin təntənəsinə yardım etmək, cəmiyyətimiz üçün faydalı olmaqdır. Mən içində işıq gəzdirən sağlam komandamızın hər vəchlə buna çalışacağına, düşünən insana dəyərli məlumatları çatdıracağına, düşünən gəncliyi düzgün istiqamətləndirəcəyinə ümid və arzu edirəm. Ulu Cavidin dediyi “Turana qılıncdan daha kəskin, ulu qüvvət, mədəniyyət, mədəniyyət, mədəniyyət” ideyasından yola çıxaraq mərd, qürurlu, heysiyyətli mərifət əhlinin yanında olmaq, gəncliyin bu düşüncədə formalaşmasına cəhd etmək şah damarımızda axan qan kimi bizə yaxın olacaq”. senet.az
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür