Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli Ukrayna nasiri Nikolay Xomiçin “Sərdabənin sirri” kitabı işıq üzü görüb.
Tərcümə Mərkəzindən Senet.az-a bildirilib ki, “Su pərisinin gecəsi”, “Zaman”, “Yalan torpağı”, “Sərdabənin sirri” romanlarının müəllifi kimi tanınan Nikolay Xomiç “Voin sveta”, “Don Kixot” beynəlxalq ədəbiyyat mükafatları laureatıdır. Onun əsərlərinin əsas mövzusunu itirilmiş tarixi yaddaşın bərpası təşkil edir.
“Sərdabənin sirri” romanı qədim Kiyev-Rus dövləti hakimiyyəti dövrü yaşanan tarixi hadisələri, Qərb və Bizans sivilizasiyaları arasında seçim etmək məcburiyyətində qalmış Ukrayna xalqının keçdiyi ağrılı-acılı yolu əks etdirir.
Əsəri dilimizə Saday Budaqlı və Fərhad Abdullayev tərcümə edib. Kitabın redaktoru Bəhlul Abbasovdur.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür