Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti gələn ay respublikamızın bölgələrinə qastrol səfərinə çıxacaq.
Teatrdan Senet.az-a bildirilib ki, səfər dövlət başçısının təsdiq etdiyi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində baş tutacaq.
Bu dəfə teatrın yaradıcı heyəti milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə respublikanın şimal–qərb bölgəsində çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, əsas obrazların ifaçıları Əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadızadə, Ramil Məmmədov, Elnur Hüseynov, İradə Rəşidova və başqalarıdır.
Hər il ənənəvi olaraq mövsümün sonunda həyata keçirilən qastrol səfəri bu il iyunun 12-dən 16-dək davam edəcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür