Bu günlərdə "Şərq-Qərb" nəşriyyatında Azərbaycan Respublikasının Əməkdar elm xadimi Qəzənfər Paşayevin "Nəsimi: Edamdan sonrakı həyat" kitabı işıq üzü görüb. Nəşriyyatın baş redaktoru Nərgiz Cabbarlının verdiyi məlumata görə, kitab nəsimişünaslar və oxucular tərəfindən böyük maraqla qarşılanacaq: “Çünki bu nəşr şairin həyat və yaradıcılığı ilə bağlı bir çox məqamlarla, xüsusən də onun edamı və "dönüklüyü" məsələsinə yeni rakursdan yanaşma ilə diqqət çəkir. Professor Qəzənfər Paşayev kitabında elm aləmi üçün yeni olan bir çox məsələdən söz açır”. Onu da qeyd edək ki, kitabda "Nəsimi: edamdan sonrakı həyat", "Nəsimi obrazı bədii ədəbiyyatda", "Bədii fikir tariximizdə Nəsimi zirvəsi", "Nəsimi sənətinin folklor qaynaqları və aşıq şeiri qatları", "Nəsimi irsinin tədqiqində yeni mərhələ" məqalələri tamamilə yeni elmi qənaətləri əks etdirir. N.Cabbarlının sözlərinə görə, kitabda ən maraqlı məqamlardan biri Nəsiminin edamı ilə bağlı din xadimlərinin fətva vermədiyi qənaətinin irəli sürülməsidir: “Halbuki, bu məsələ ilə bağlı indiyə qədər irəli sürülən fərziyyə tamamilə fərqli idi. Bu səbəbdən və bir çox başqa məqamlara işıq saldığı üçün inanırıq ki, monoqrafiya oxucu və tədqiqatçılar tərəfindən maraqla qarşılanacaq”. Kitaba, həmçinin şairin divanının heç bir nüsxəsində təsadüf edilməyən 11 və yalnız bir divan nüsxəsində rast gəlinən 63 şeiri daxil edilmişdir. Kitabın ön sözünün müəllifi akademik Rafael Hüseynov, rəyçisi akademik Möhsün Nağısoyludur.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür