Yazar Sevinc Çılğının "Yumurta" adlı ilk hekayələr kitabı "Qanun" nəşriyyatında işıq üzü görüb. Kitaba müəllifin 13 hekayəsi daxil edilib. Müəllif kitabını oxuculara belə təqdim edir: "YUMURTA" – nəsr yaradıcılığımın yumurta dönəmində yaranan kitabdır. Bu YUMURTAdan İNSAN doğulacağına inanıram. Bütün başlanğıclar maraqlıdır…" Kitab fərqli və maraqlı konsepsiya üzərində qurulub, "Cift" və "Döl" adlı iki hissədən ibarətdir. Bu bölmələrə isə uyğun olaraq yazarın ilkin və sonrakı hekayələri toplanıb. Kitabdakı hekayələrin mövzu və üslubları bir-birindən fərqli olsa da, qəhrəmanları əsasən qadınlardır. Qeyd edək ki, Sevinc Çılğın əsasən şair kimi tanınsa da, məhz hekayələrinə görə, "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərindən biri seçilib. "Yumurta" müəllifin sayca ikinci kitabıdır. "Alaçarpa" adlı ilk kitabında yazarın şeirləri toplanmışdı. Yaxın günlərdə kitaba geniş təqdimetmə mərasimi keçiriləcək. Bu barədə oxuculara əlavə məlumat veriləcək. axar.az
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür