“Hazırda teatr mövsümünün yekunudur. Buna görə də Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi bu mövsüm səhnələşdirilməyəcək. Sözügedən əsərin tamaşaya qoyulması üçün nazirlikdən icazə alınıb. Sentyabr ayında tamaşa üzərində işə başlanılacaq. Bu da 88-ci teatr mövsümünün 4-cü rübünə təsadüf edir”.
Senet.az xəbər verir ki, bu sözləri Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mirsaquliyeva yazar Sevinc Elsevərin əsərinin səhnələşdirilməsi ilə bağlı Axar.az-a danışarkən deyib.
Qeyd edək ki, yazar Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi “Hədəf” Nəşrlər Evi və Gənc Tamaşaçılar Teatrının dəstəyi ilə keçirilən “Anamın kitabı” mükafatının pyes müsabiqəsində qalib olmuşdu. Müsabiqənin qaydalarına görə qalib gəlmiş pyes teatrda səhnələşdirilir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür