C: – Hacı Ağa, məhəllə tələbələri üçün məscid hücrəsində qiraətxanə kimi bir şey qayırmaq istəyirik ki, qəzetdən-zaddan gətirib onları əhvali-zamandan xəbərdar edək, siz nə qədər mərhəmət edərsiz?
H: – Necə? Mən helə çərən-pərənə pul-zad vermənəm, rəhmətlik uşağı, qəzeti küçədə oxuyanlardan mənim zəhləm gedir, sən hələ gətirib məscidül-həraməsoxmaq istəyirsən? Tazə məssəb çıxarmısız?..
C: – Neynək bu dursun, yetim uşaqların məktəb xərcini verməyə qərar qoyublar, o cümlədən bizim məhəlləyə yeddi uşağın xərci düşübdür, onların birisinin xərcini siz verin hacı, səvabdır...!
H: – Mənciyəz qələt elərəm... səvab olan işi mən yaxşı bilirəm. Yetim oxumağı-zadı neyliyir? Əgər təmiz uşaqdı gəlsin mənim evimə. Qulluq eyləsin yemək-içmək verim, vəssalam... Get əqlini başına cəm eylə!..
“Molla Nəsrəddin”, 1906, № 19
Söhbət
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür