Hollivudun “Şöhrət Xiyabanı”na yeni bir ulduz artırılıb. “Marslı”, "Qladiator" kimi məşhur filmlərin rejissoru Ridley Skottun adı bu küçədə yerə yazılıb. Tədbirdə Skott ulduzu 2012-ci ildə intihar edən qardaşı, rejissor Toni Skotta ithaf etdiyini bildirib. Qeyd edək ki, “Şöhrət Xiyabanı” Holivud bulvarında, Vayn Street küçəsinin üç məhəlləsində yerləşir. Burada aktyorlar, musiqiçilər, prodüserlər, musiqi və teatr turppalarının rəhbərlərinin, real və uydurulmuş personajların əyləncə və incəsənət sənayesinə verdikləri töhvələrinə görə ulduzları həkk olunub. “Şöhrət xiyabanını” Hollivud ticarət palatası idarə edir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür