Rəssamlar İttifaqının rəyasət heyəti Zəfər gününün ildönümü münasibətilə rəssamların geniş bir sərgisini keçirmək niyyətində olduğunu bildirəndə mən də daxil olmaqla hər bir rəssam axtarışlara başladıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Əməkdar rəssam Aydın Rəcəbov deyib.
“Son bir ildə biz Qarabağla bağlı o qədər informasiya almışıq ki, onların hərəsi bir mövzudur. Bunları ümumiləşdirib bir əsərlə çıxış etmək olduqca çətindir. Ancaq biz rəssamlar Zəfər yürüşü ilə bərabər Azərbaycan tarixini də göstərmək istəyirik. Çünki elə rəssamlar var ki, tarixi mövzuda Xətaidən, digəri isə tarixi qəhrəmanımız Babəkdən bir süjet yarada bilər. Biz hətta Azərbaycan Demokratik Respublikasının qurulmasında iştirak edən türk qoşunlarının da rəşadətini göstərə bilərik. Əminəm ki, hər bir rəssamın bu mövzularla bağlı yarımçıq qalmış əsərləri var. Onlardan nəinki fırça ustaları, eyni zamanda keramika, metal, xalça və rəssamlığın digər növləri ilə məşğul olan peşəkarlar bu sərgidə çıxış edəcək. Onlar öz işləri ilə bağlı əvvəlcədən məlumat verməyi sevməsələr də əminəm ki, bu möhtəşəm tədbirimizdə ortaya mükəmməl bir əsər qoyacaqlar”, - deyə A.Rəcəbov bildirib.
“Şuşa İli” ilə əlaqədar “Rəsm saatı” təşkil olunub
“Art-terapiya” dərsləri yenidən başladı
Osmanlı sultanlarının portretləri satışa çıxarılacaq
“Qələbə hünəri” sərgisinə əsər qəbulu davam edir
Tanınmış rəssam əsərini Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə edib
Pikassonun 9 əsəri Fransa hökumətinə bağışlanacaq
Riyaziyyatçılar Van Qoqun yaradıcılıq uğurlarının səbəbini tapıblar
“Mənim düşüncəm-2021” müsabiqəsi davam edir
Turnerin rəsm əsəri təxminən 200 il sonra ilk dəfə sərgilənəcək
“Özünü kəşf et” adlı ustad dərsləri davam edir