
Permdə keçirilən II Martin MakDonax Beynəlxalq Teatr Festivalından uğurla qayıdan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının digər yaradıcı heyəti bu gecə növbəti festivalda iştirak etmək üçün yola düşür. Bu dəfə kollektiv Litvanın Vilnus və Visaginas şəhərlərində keçiriləcək “Atspindys” XI Beynəlxalq monotamaşalar festivalında ölkəmizi təmsil edəcək.
Teatrın mətbuat xidmətindən Senet.az saytına verilən məlumata əsasən kollektiv bir sıra beynəlxalq teatr festivalında uğur qazanmış S.Bekketin “Sözsüz” mono-tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru İsa Əsədov, ifaçı - Əməkdar Artist Şövqü Hüseynovdur. Oktyabr ayının 11-dən – 17-dək davam edəcək festivalda gün ərzində 3 (sonuncu gün 4 tamaşa) tamaşa olmaqla 13 səhnə əsəri nümayiş etdiriləcək. Ölkəmizlə yanaşı festivalda Rusiya, Litva, Belarus, Ukrayna, İtaliya, Slovakiyanın bir sıra teatr kollektivlərinin tamaşaları göstəriləcək. Məlumat üçün bildirək ki, “Atspindys” festivalı ADGTT-nın 89-cu teatr mövsümdə iştirak edəcəyi ikinci beynəlxalq festivaldır. Teatrın cari ilin noyabr ayında Moldovada keçiriləcək mono-tamaşalar festivalında da iştirakı nəzərdə tutulur.
[gallery columns="4" ids="17795,17796,17797,17798,17799,17800,17801,17802,17803"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür