Stokholm Tarix Muzeyinin “Barokko” zalında Əməkdar artist Emil Əfrasiyabın rəhbərliyi ilə caz triosunun Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konserti təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İsveçdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə yanaşı, Azərbaycan diasporunun üzvləri də iştirak ediblər.
Konsertdən əvvəl çıxış edən Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov vurğulayıb ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalından sonra ərazi bütövlüyünün bərpasından bəri bu il Müstəqillik Günü ilk dəfə bütün ölkədə qeyd olunur. O, həmçinin qeyd edib ki, Azərbaycan Avropanın enerji resursları, yaxın gələcəkdə isə yaşıl enerji ilə təmin olunmasında etibarlı tərəfdaşdır.
Azərbaycanlı diplomat tədbir iştirakçılarına bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 iqlim konfransı haqqında da məlumat verib.
Konsertdə Emil Əfrasiyabın öz əsərlərindən kompozisiyalar, həmçinin Azərbaycan caz muğamının yaradıcısı Vaqif Mustafazadənin əsərləri səsləndirilib. İnstrumental qrup, habelə ilk dəfə mayın 21-də Danimarkada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə ifa olunmuş Emil Əfrasiyabın bəstəsi olan “Rainy day” adlı yeni kompozisiya ilə çıxış edib.
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub