senetaz

Həsən Əliyev 80 D

19 Oktyabr 2021 178

Sumqayıtda kitab bayramı

Sumqayıtda kitab bayramı

anib-sergi   30-31 oktyabr tarixlərində “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında “I Sumqayıt Kitab Sərgisi” (ANİB-2021) təşkil olunacaq. Senet.az “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinə istinadən xəbər verir ki, sərgidə ölkənin 20-dən artıq tanınmış nəşriyyatı iştirak edəcək. Sərgidə bütün nəşriyyatlar tərəfindən kitablara 50%-dək endirim tətbiq olunacaq. Eyni zamanda sərgi müddətində məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza günləri və şeir gecələrinin keçirilməsi planlaşdırılır. Sərgi saat 10:00-dan 19:00-dək davam edəcək. Bütün kitabsevərlər dəvətlidir. Qeyd edək ki, ANİB tərəfindən növbəti sərginin noyabr ayında Gəncə şəhərində keçirilməsi planlaşdırılır.