“XAN” nəşriyyatı Ədəbiyyat üzrə Nobel mükafatçısı Svetlana Aleksiyeviçin “Müharibə qadın simalı deyil” adlı kitabını nəşrə hazırlayır.
Müəllifin 1985-ci ildə qələmə aldığı kitab tez bir zamanda populyarlaşaraq 2 milyondan çox oxucu qazanıb. Bu barədə Senet.az-a açıqlamasında Hədəf Nəşrlərinin direktoru Müşfiq XAN məlumat verib. O, bildirib ki, kitabı rus dilindən Nərgiz Cabbarlı tərcümə edib: “ Bildiyiniz kimi, Ədəbiyyat üzrə Nobel mükafatını Belaruslu yazıçı və jurnalist Svetlana Aleksiyeviç qazandı. Hər dəfəsində olduğu kimi, ədəbiyyat camiəsində yenə də bununla bağlı mübahisələr, ziddiyyətli fikirlər, “layiqdir”, “layiq deyil” düşüncələri baş alıb getdi. Amma Nobelin “zamanımızın şücaəti və iztirablarının abidəsi” üçün kimi bir təqdimatı varsa, həqiqətən də onun əsərlərində bu mövcuddur. Bu bədii nümunələrin bütün publisistik çəkisinə baxmayaraq…
Onu da qeyd edim ki, Svetlana Aleksiyeviç 2013-cü ildə də Nobel mükafatına təqdim edilən namizədlərdən biri olub. Onun ən məşhur əsərləri arasında “Müharibə qadın simalı deyil”, “Çernobıldan səslər”, “Son şahidlər: Uşaqlıqdan uzaq düşmüş xatirələr”in adlarını çəkmək olar. Və o da maraqlıdır ki, Svetlana Aleksiyeviç ədəbiyyat üzrə Nobel mükafatını qazanmış sayca 14-cü qadın yazıçıdır. Oxucular romanı oktyabrın sonunda kitab mağazalarından əldə edə biləcəklər”.
Qeyd edək ki, yazıçının əsərləri dünyanın 19 dilində tərcümə edilib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür