Rauf Hacıyev, Faiq Zöhrabov və Elxan Ocaqovun “Talelər qovuşanda” iki hissəli operettası Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində 105-ci dəfə nümayiş olunacaq. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu məlumatı təsdiqləyərək bildirib ki, 105-ci nümayiş fevral ayının 28-də saat 16.00-da baş tutacaq. Vaxtı ilə bu tamaşada mərhum aktyorlar Xalq artisti Elxan Əhədzadə, Əməkdar artistlər Elçin Həmidov, Xanım Qafarova və aktrisa Lütviyyə Səfərova oynamışlar və onların ifaları hələ də xoş bir xatirə kimi xatırlanır. Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Faiq Zöhrabov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeystrləri Yelena və Zakir Ağayevlərdir. Uzun illərdir sevə-sevə izlənilən tamaşadakı rolları Əməkdar artistlər Nərgiz Kərimova, Nahidə Orucova, Novruz Qartal, Ema Məlikova, aktyorlar Amil Məmmədov, Gültac Əlili, Əlif Cahangirov, Emil Heydərov, Məhərrəm Qurbanov, Elvin Əliyev, Ağaxan Şərifov, Ülviyyə Əliyeva, Elçin İmanov və başqaları ifa edirlər. senet.az
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür