senetaz

Həsən Əliyev 80 D

01 Sentyabr 2021 281

Tamilla Ağamirova vəfat edib

Tamilla Ağamirova vəfat edib

hg   RSFSR-in Xalq artisti Tamilla Ağamirova 94 yaşında vəfat edib. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Romen” teatrından bildiriblər. Aktrisanın əri, SSRİ Xalq artisti, “Romen” teatrının bədii rəhbəri Nikolay Silçenko iki ay əvvəl - bu il iyulun 2-də dünyasını dəyişmişdi. Tamilla Ağamirova 1951-ci ildə Bakı Teatr İnstitutunu bitirmişdi. Bir il sonra “Romen” teatrına gəlmiş və çox keçmədən baş rolları ifa etməyə başlamışdı. O, tamaşaçılara “Don Kixot”, “Onun böyük ürəyi”, “Mateo Falkone”, “Stalinqrad” və digər filmlərdə, həmçinin “Romen” teatrının tamaşalarında oynadığı çoxlu rolları ilə tanışdır.