Senet.az xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Tərcümə Mərkəzinin kitabları” seriyasından növbəti nəşr – görkəmli yapon yazıçısı Akutaqava Rünoskenin “Tanrıların istehzası” hekayələr toplusu çap olunub. Çox qısa ömür yaşamış Akutaqava Rünoskenin (1892-1925) ədəbi irsi XX əsr ədəbiyyatının ən parlaq və qeyri-adi hadisələrindən sayılır. Əsərlərinin mövzusunu tarixi xronikalardan, rəvayətlərdən, pritça və əfsanələrdən alan sənətkar bütün istedadını insan psixologiyasını, zahirən adi görünən hadisələrin alt qatında baş verənləri özünəməxsus yüngül ironiya ilə açmağa sərf edib. Kitabda oxucuya təqdim olunan novellaların bir qismində qəhrəmanlar həyati əhəmiyyət kəsb edən məsələlərin çözümündə seçimlər edir, digərləri həyatın mənası barədə düşüncələrə varmadan, ümumi axına qoşulurlar. Kitabın tərcüməçisi Rövşən Ramizoğludur. senet.az
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür