Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Elnur Əliyev və nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova iyunun 24-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında ölkədə fəaliyyət göstərən teatr müəssisələrinin rəhbərləri ilə görüş keçiriblər. Senet.az xəbər verir ki, görüşdə ilk öncə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən, Qələbəyə aparan yoldan bəhs olunub. Görüş mədəniyyət, xüsusilə teatr sahəsində mövcud problemlərin müzakirəsi ilə davam edib. Eyni zamanda, bu sahədə həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparılıb. Sonda müəssisə rəhbərlərinə qısa zamanda teatr sahəsində mövcud olan problemlərin həlli istiqamətində təkliflərin hazırlanması və nazirliyə təqdim edilməsi tapşırılıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür