senetaz

Həsən Əliyev 80 D

26 Sentyabr 2016 206

Teatrşünaslarımız Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının konqresində

Teatrşünaslarımız Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının konqresində

2cfd

Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan bölməsinin sədri Məryəm Əlizadə və assosiasiyanın üzvü İsrafil İsrafilov Belqradda işgüzar səfərdədirlər. Senet.az saytı AZƏRTAC-dan əldə etdiyi xəbərə əsasən teatrşünaslar Serbiyanın paytaxtında keçirilən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının 28-ci konqresində iştirak etmək üçün dəvət alıblar. Oktyabrın 2-dək davam edəcək beynəlxalq tədbirdə 70-dən çox ölkədən teatrşünaslar iştirak edəcək. Konqres çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş teatrşünasların iştirakı ilə “Yenilik və Qlobal Teatr: Kommersiya və Mədəni tələbat arasında mövzusunda” beynəlxalq simpozium da keçiriləcək.