senetaz

Həsən Əliyev 80 D

24 Noyabr 2015 253

Təbiətin hərəkətini metal konsturksiyalarda təsvir edən rəssam

Təbiətin hərəkətini metal konsturksiyalarda təsvir edən rəssam

kalder     Senet.az rəssam və heykəltaraş Aleksandr Kalderin əsərlərini təqdim edir:             Amerikalı rəssam və heykəltaraş Aleksandr Kalder 1898-ci il,  iyulun 22-də anadan olub. O, incəsənət cameasında Sandi Kalder adı ilə şöhrət qazanıb. Anası rəssam, atası isə heykəltaraş olan Sandi 1902-ci ildə atasının heykəli üçün soyunaraq naturaçı kimi poz verib. tumblr_lzt27yCWKq1qizk91o1_1280           Həmin il də heykəlataraş kimi ilk işinini yaradıb. 1909-cu ildə ailəsi üçün Yeni il hədiyyəsi olaraq  it və ördək heykəli düzəldib. download     O, ali təhsil almaq üçün Texnologiya İnstitunun “Mühəndislik” fakültəsinə qəbul olub. alexander-calder-4     Kalder, rəssam olmağı qərar verəndən sonra “Art Students League”-ə keçid etdi.  1925-ci ildə “National Police Gazette” üçün rəsmlər çəkib. 1926-cı ildə isə Parisə köçüb. Burada  biznesmen dostunun məsləhəti ilə uşaqlar üçü oyuncaqlar düzəltməyə başlayıb. 1927-ci ildə ABŞ-a qayıdıb. 207446     1930-cu ildə Piyet Mondrianın emalatxasını ziyarət edərkən gördüyü abstrak əsərlər onu şoka salıb. Bundan sonra Kalder bu cərəyana xüsusi maraq göstərməyə başlayıb. Bir-Sanatci-ALEXANDER-CALDER-10       Kalder heykəllərinə hərəkət verməyi sevirdi. Ona görə də “Mobile” sərgisini yaratdı. Təbiətin canlılığını göstərmək üçün fırlanan konstruksiyalar istifadə edirdi. calder