Bu gündən Azərbaycan Dövlət Musiqili Teatrında İran İslam Respublikasında böyük şöhrət qazanmış aktyor və rejissor, Təbriz Teatrının rəhbəri Babək Nəhreynin iştirakı ilə konsert proqramı keçirilir.
Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, ötən il Musiqili Teatrda tamaşaçıların görüşünə “Bəxtəvər” komediyası ilə gələn güneyli aktyor bu dəfə də təqdim edəcəyi layihəni Novruz bayramı günlərində İrandan - soydaşlarımızın sıx yaşadığı bölgələrdən, əsasən də Təbrizdən ölkəmizə gələn çoxsaylı turistlərin mədəni istirahətlərini təmin etmək üçün təşkil edib.
İranlı incəsənət nümayəndələri – müğənni Ayhan, foks ustası Cavad Əkbəri ilə yanaşı, Azərbaycanda son dövrlər populyarlıq qazanan gənc estrada müğənniləri Damla və Çinarə Məlikzadənin də çıxış edəcəyi konsert proqramında, həmçinin Musiqili Teatrın balet truppasının hazırladığı milli rəqslər də nümayiş olunacaq.
Təbriz Teatrının rəhbəri Babək Nehreyn Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayevə yaratdığı şəraitə görə təşəkkürünü bildirərək deyib: “Birlikdə hazırladığımız layihələr İran və Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafına öz müsbət təsirini göstərəcək. Digər tərəfdən isə ötənilki kimi bu il də biletlərin turizm şirkətləri vasitəsilə satılması mədəni turizmin inkişafında böyük rol oynaya bilər. Bu cür qarşılıqlı əməkdaşlıq mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır və hesab edirəm ki, belə tədbirlərin müntəzəm nümayişi hər iki ölkənin teatr və incəsənət aləmində yeni-yeni uğurlu addımlar atılmasına təkan verəcək”.
Konsert proqramı martın 30-dək davam edəcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür