“İran Aşıqlar Birliyi”nin təşkilatçılığı ilə 14 fevral 2016-cı il tarixində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun anım tədbiri keçiriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, Tehranın "Əndiyşə" Mədəniyyət sarayında keçiriləcək tədbirdə İranın 11 şəhərindən 130-a yaxın ustad aşıqların iştirakı planlaşdırılmışdır.
Tədbirdə açılış nitqi ilə İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini Əli Muradxani, Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundovun, bir sıra dövlət və ictimai xadimlərin çıxışı nəzərdə tutulmuşdur.
Eyni zamanda tədbirdə “Azərbaycan Aşıqlar Birliyi” tərəfindən əməkdar mədəniyyət işçisi Rəhman Ələsgərovun rəhbərlik etdiyi “Rasim” falklor qrupunun və əməkdar mədəniyyət işçisi Sərdar Məmmədovun iştirakı nəzərdə tutulmuşdur.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür