Noyabrın 19-u yerli və xarici təhsil müəssisəsi rəhbərlərinin iştirakı ilə Təhsil Menecerləri Forumu keçiriləcək.
Senet.az xəbər verir ki, forumda Hədəf STEAM Liseyinin qurucusu Şəmil Sadiq, Kipr Universitetlər Birliyinin rəhbəri Salman Arslanbaş, deputat Ceyhun Məmmədov, professor Hamlet İsaxanlı, “Azərbaycan İnsan Resursları Assosiasiyası” İctimai Birliyinin təsisçisi Nərgiz Seyidzadə, Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov, “CIBS Europe” təlim mərkəzinin təsisçisi Təbriz Hacınski, Bakı Şəhər Təhsil İdarəsində Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, biznes məsləhətçisi Fəxri Ağayev, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev, təlimçi Fərid Seyfullayev, 291 nömrəli Ekologiya liseyinin direktoru Arif Əsədov çıxış edəcəklər.
Jurnalist Orxan Cabbarlının moderatorluğu ilə “Uğurlu təhsil konsepsiyaları”, “Təhsildə idarəetmənin strategiyası”, “Məktəb idarəetməsindəki yanlışlıqlar”, “Yeni nəslə yeni təhsil”, “Təhsilin onlayn idarəedilməsi” və rəqəmsallaşma”, “Metamən” mövzularında panel müzakirələri olacaq, təhsil sistemi və xidmətlərinin effektiv təşkili, kadrların idarə olunması, təhsildə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli təhsilin tədrisi, yeni dünyaya inteqrasiya istiqamətində doğru bildiyimiz yanlışları müəyyənləşdirmək, dövlət və özəl təhsil müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da möhkəmləndirilməsi kimi ən aktual məsələlərə toxunulacaq.
Təhsil forumu direktorlar, direktor müavinləri, müəllimlər və başqa bütün təhsillə maraqlananlar üçün nəzərdə tutulub.
Forum Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə 20 nömrəli məktəbdə keçiriləcək.
Tərəfdaşlar: Hedef Group, Hədəf Global, Hədəf STEAM Liseyi, Dünya Məktəbi, “SİNKOD” yayın və dağıtım şirkəti, Mənəvi Dəyərlərin Təbliği Fondu, Kipr Elm Universiteti, AzTV, EduPress, SİA, Hədəf Təlim və Karyera Mərkəzi, Təhsil Forumu.
Sonda bütün iştirakçılara sertifikat veriləcək.
“Şuşa İli” ilə əlaqədar “Rəsm saatı” təşkil olunub
“Art-terapiya” dərsləri yenidən başladı
Osmanlı sultanlarının portretləri satışa çıxarılacaq
“Qələbə hünəri” sərgisinə əsər qəbulu davam edir
Tanınmış rəssam əsərini Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə edib
Pikassonun 9 əsəri Fransa hökumətinə bağışlanacaq
Riyaziyyatçılar Van Qoqun yaradıcılıq uğurlarının səbəbini tapıblar
“Mənim düşüncəm-2021” müsabiqəsi davam edir
Turnerin rəsm əsəri təxminən 200 il sonra ilk dəfə sərgilənəcək
“Özünü kəşf et” adlı ustad dərsləri davam edir