Şuşa Dövlət Musiqili Dram Teatrında fransız dramaturqu Robert Tomasın “Tələ” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
Senet.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Fatma Əliyeva, musiqi tərtibatçısı Asyaxanım Heydərova, işıq tərtibatçısı isə Kənan Məmmədovdur.
Səhnə əsərində rolları Rasəf Mehdiyev, Aybəniz Cahangirova, Türkay Cəfərli, Orxan Abışov, Gülarə Məmmədova və Gündüz Qasımov canlandırıblar.
Detektiv janrda yazılan “Tələ” əsərinin süjet xəttində həyat yoldaşını qətlə yetirən Danielin düşdüyü vəziyyətdən bəhs olunur. Hadisələrin gedişində gerçəkliklə yalanın sərhədləri qarışır, dramatik və komik situasiyalar paralel şəkildə inkişaf edərək tamaşaçını finala qədər gərginlikdə saxlayır.
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür
Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 95 il ötür