senetaz

Həsən Əliyev 80 D

14 Dekabr 2015 194

Tənha ulduz altında

Tənha ulduz altında

vaqifSenet.az "XAN" nəşriyyatında nəşr edilmiş "Cib kitabları" seriyasından "Unudlmaz sevgi şeirləri" kitabından Vaqif Bayatlı Odərin şeirlərini təqdim edir:   Bir qızın telləri əsdi üzümə Gizlicə-gizlicə gəldi buludlar, Gizlicə-gizlicə döndü ümidlər, İndiki buludlar beləcə gəlmir, İndiki yağışlar beləcə yağmır. İllərin o başından bir qız yaylığı üstdə bir ipək xatirə döndü qəlbimə, bir qızın telləri əsdi üzümə. Gülüm yağış! Çiçəyim yağış! O ipək illərdən, atlaz günlərdən, Gilənar göylərdən dolan yağışım, yollarda yorulub gözümdə, könlümdə qalan yağışım, bir çinar üstündə qoyub gəlmişdim səni, çinarın altında bir gilənar qız. İndiki yağışlar beləcə yağmır... Bu gilənar yağış mənim qəsdimə yağır, O dost çinarın üstündən yağır, On ildən, beş ildən, dünəndən yağır, bütün sevgilərin dönən yerindən yağır. Bəlkə də, bəlkə də lal məhəbbətlərin dinən yerindən yağır. İllərin altında solmaz o tellər, Hər bulud lələyi ümidlə gələr, O barlı illərin sevgisi qızlar Bir də gilə-gilə qızardı bəlkə...     unudulmazTənha ulduz altında Bu gecə, bu gecə bu qara oğlanın, qəmli oğlanın bir kimsəyə qarşı nə bir nifrəti var, nə də bir kini, bu gecə, bu gecə bu qəmli oğlanın, qara oğlanın könlünü sındırmaq, qəlbini qırmaq bir bülbül yuvası uçurmaq kimi. Bu gecə, bu gecə üzü göylərə bu qəhərli oğlan, bu qəmli oğlan bir eşqli gözəlin, sirli gözəlin pəncərəsi altda dayanmış kimi dayanıb bir tənha ulduz altında...