Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dil mütəxəssisləri – Qəmər Alxanova və Kəmalə Ələkbərova Türkiyənin İstanbul şəhərində keçirilən CNR – Beynəlxalq Sərgi Mərkəzinin kitab fuarında iştirak ediblər. Mərkəzin əməkdaşları Türkiyə Respublikası Mədəniyyət Nazirliyinin “Müqayisəli tərcümə” adı altında təşkil etdiyi müzakirədə məruzəylə çıxış ediblər. Məruzələrdə hər iki ölkənin dünya ədəbiyyatından olunan tərcümələr, Tərcümə Mərkəzinin fəaliyyəti, bu günə qədər Azərbaycan dilinə Türkiyə türkcəsindən edilən uyğunlaşdırmalar və hər iki ölkənin ədəbi əsərlərinin tərcümə perspektivləri işıqlandırılıb. Daha sonra Mərkəzin fəaliyyəti əks etdirilən videoçarx nümayiş etdirilib. Tədbirdə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi Kitabxanasının və Nəşriyyat şöbəsinin müdiri Həmdi Turşucu Tərcümə Mərkəzinin fəaliyyətinin təqdirəlayiq olduğu barədə fikirlərini bildirməklə yanaşı, qurumlararası sıx əlaqələrin yaradılmasının vacibliyini vurğulayıb. Sərgi müddətində Tərcümə Mərkəzinin nəşr etdiyi kitablar, kataloqlar, “Xəzər” jurnalının yeni sayları nümayiş etdirilib. Nəşrlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür