
Kinotənqidçi, ssenarist, rejissor, Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının sədr müavini Hacı Səfərov “Tərsinə kölgələr” adlı debüt qısametrajlı filmi ilə 21-ci Kazan Beynəlxalq Film Festivalının “Qısametrajlı filmlər” bölməsində iştirak edir.
AZƏRTAC xəbər verir ki, “Çinarfilm” şirkətinin istehsalı olan “Tərsinə kölgələr” Rahim Dünyamalının “Tərsinə addımlayan kölgələr” romanının motivləri əsasında çəkilib, ssenari müəllifi Hacı Səfərovdur.
Uzun ayrılıqdan sonra özlərini bir mağarada təcrid edib illərin hesablaşmasını aparan kişi və qadının münasibətindən bəhs edən filmdə rolları Rasim Cəfər və Zülfiyyə Nəzər Məmmədova ifa edirlər.
“Tərsinə kölgələr” filmi Azərbaycan Kinematoqrafçılar İttifaqı, “Ultra production” və “Duyme Agency”nin dəstəyi ilə ərsəyə gəlib, prodüserləri Emin Nəcəf, Türkan Hüseyn və Hacı Səfərov, operatoru Elvin Məmməddir.
“Tərsinə kölgələr” filmi Azərbaycan Respublikası Kino Agentliyinin “Post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsi”nin qaliblərindən biridir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür