Oktyabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) Almaniyada yaşayan, yazıçı-publisist Əzimə Ağalarovanın “Təyyarə qanadında uçan ruh” adlı kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Əqidə Axundovanın təşkilatçılığı ilə baş tutan mərasimdə Adil Babayev yazıçının müəllimi olduğunu, tələbəlik illərində savadı, çalışqanlığı ilə seçilən tələbələrdən biri kimi həmişə xatırlandığını söyləyib. Tədbirdə “Təyyarə qanadında uçan ruh” kitabında yazıçının Şərqlə Qərbin qarşılaşdırılması mövzusuna toxunulub. Sonra tələbələrin suallarını cavablandıran yazıçı seçdiyi mövzuların tam təxəyyül məhsulu olduğunu söyləyib.
Qeyd edək ki, Əzimə Ağalarova “Gecələrdə gizli qaldım” və “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” kitablarının müəllifidir. [gallery columns="6" ids="9647,9649,9650,9648,9651"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür