Noyabrın 28-də respublikanın görkəmli dilçi alimi, Dilçilik İnstitutunun direktoru, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli, akademik Tofiq Hacıyev son mənzilə yola salınıb. AMEA-nın binasında keçirilən vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Matəm mitinqini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verdiyini bildirib. Mərasimdə Xalq Yazıçısı Anar, akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Türkiyənin Bilkənt Universitetinin bölgə proqramları departamentinin direktoru Rasim Özürək çıxış ediblər. Çıxışçılar Tofiq Hacıyevin Azərbaycan elminə verdiyi töhfədən söz açıblar. Görkəmli alimin cənazəsi son mənzilə yola salınıb. Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb. Allah rəhmət eləsin! [gallery ids="11520,11518,11519,11517"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür