senetaz

Həsən Əliyev 80 D

29 Aprel 2015 219

Tolstoydan məsləhət: "Qadınlardan uzaq gəz"

Tolstoydan məsləhət: "Qadınlardan uzaq gəz"

Ïèñàòåëü Ë.ÒîëñòîéDahi yazıçı Lev Tolstoy gündəlik həyatını qaydaya salmaq üçün proqram tərtib etmişdi. O, uğur qazanmağın yolunu bu proqrama sadiq qalmaqda görürdü. Senet.az Tolstoyun gündəlik proqramını təqdim edir:

Səhər saat 5:00-da oyan.

10:00 olmamış yat.

Gün ərzində ən çox iki saat yat.

Həddindən artıq yemək yemə.

Hər gün bir saat gəzintiyə çıx.

Şirniyyatlardan bacardıqca imtina et.

Həmişə sevdiyin insanlara kömək əlini uzat.

Məntiqli olmayan heç bir mentaliteti qəbul etmə.

Eyni vaxta bir neçə iş görmə.

Çox xəyallara qapılma.

Heç vaxt hisslərini bəlli etmə.

Haqqında başqalarının nə fikirləşdiyini vecinə alma.

Etdiyin xeyirxahlıqları çox gözə soxma.

Qadınlardan uzaq gəz.

Çox işləyərək bu istəyini unutmağa çalış.

Həyatda bəxti gətirməyənlərə kömək et.