senetaz

Həsən Əliyev 80 D

09 Yanvar 2017 255

“Traviata” Opera və Balet Teatrında

“Traviata” Opera və Balet Teatrında

  Traviata-16-9-2

Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operası nümayiş olunacaq.
 
Teatrdan Senet.az-aa verilən məlumata görə, tamaşanın bədii səviyyəsinin daha da yüksəltmək məqsədilə teatrın rəhbərliyi əsas rolları ifa etmək üçün Ukrayna Milli operasının solistləri - Ukrayanın Xalq artisti Olqa Naqornayanı (Violetta) və Ukraynanın Əməkdar artisti Dmitri Kuzmini (Alfred) dəvət edilib.
 
Tamaşada Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri - Xalq artisti Əli Əsgərov (Markiz), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon) və Əkrəm Poladov (Doktor), gənc vokalçı Nina Makarova (Flora) çıxış edəcəklər.
 
Dirijor beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.