senetaz

Həsən Əliyev 80 D

08 İyun 2015 518

Tur Heyerdalın sevimli rəssamı - Yusif Mirzə

Tur Heyerdalın sevimli rəssamı - Yusif Mirzə

11289376_888439391226743_6051745942166791426_oSenet.az rəssam Yusif Mirzənin həyat və yaradıcılığı haqqında məlumatı təqdim edir:                             Yusif Mirzə 1959-cu ildə Laçın rayonunun Sadınlar kəndində anadan olub. 1976-cı ildə Bakı Pedaqoji İnstitutunun Qrafika fakültəsinə daxil olub. 1981-ci ildə rəssamlıq fakültəsini bitirib. (İpək Yolu) 164006_123444907726199_374989_n     1981 – 1985-ci illərdə Laçın Xalq Teatrında rəssam işləyib. (Kölgələr)  183015_129947893742567_5377067_n     1987-ci ildə, Bakıda, “Ölkənin Gəncləri” adlı sərgidə, 1990-cu ildə Qazaxıstanda keçirilmiş “Xəzər – Dostluq Dənizidir” adlı sərgidə iştirak edib. (Nabranda) 163062_116390505098306_5001054_n     Onun əsərləri Riqada, Abu-Dabidə, İstanbulda, Ankarada, Osloda, Nikosiyada nümayiş olunub.  65474_115187188551971_3839016_n   Yusif Mirzənin işləri ABŞ, İngiltərə, Finlandiya, Norveç, İsveç, Türkiyə, İran, Kipr, Latviya kimi ölkələrdə özəl kolleksiyalarda saxlanılır. (Dörd fəsil) fesil   Müxtəlif üslublarda işlənmiş rəsm əsərləri dünyanın 20-dən artıq ölkəsində çeşidli qalereyalarda sərgilənib. (Nostalgiya) 180467_129720860431937_5897422_n     Məşhur norveçli səyyah Tur Heyerdal Azərbaycana səfəri zamanı Yusif Mirzənin rəsmləri ilə tanış olub, rəssamın yaradıcılığını yüksək qiymətləndirib, öz şəxsi muzeyi üçün müəllifin bir neçə əsərini satın alıb.  164023_120009174736439_5890110_n