senetaz

Həsən Əliyev 80 D

05 Aprel 2024 1303

Türk Dünyası Gənc Yazarlarının Bakı Forumu keçiriləcək

Türk Dünyası Gənc Yazarlarının Bakı Forumu keçiriləcək

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə Türk Dünyası Gənc Yazarlarının Bakı Forumu keçiriləcək.

Senet.az xəbər verir ki, mütəmadi olaraq türk dünyasının yeni nəsil yazarlarını əhatə edən layihələr həyata keçirən qurumun təşkilatçılığı ilə baş tutacaq foruma Türk ölkə və topluluqlarından nümayəndələr qatılacaq.

Layihənin rəhbəri DGTYB sədri İntiqam Yaşardır.

Forumda yeni nəsil Azərbaycan yazarları və qonaq qismində qatılacaq qardaş xalqları təmsil edən yeni nəsil yazarlar arasında müxtəlif mövzularda, birgə əməkdaşlıq və s. məsələlər ətrafında müzakirələr təşkil olunacaq.