Türk Mədəniyyəti və İrsi Fondunun 12 yaşı tamam oldu. Türk dünyagörüşünə görə, 12 illik “muşol jas” dövrü yenilənmə simvolu deməkdir.
AZƏRTAC xəbər verir ki, Fond fəaliyyət göstərdiyi 12 il ərzində Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Akademiyası, TÜRKPA, Türk İnvestisiya Fondu kimi təşkilatlar ilə əməkdaşlıq edərək əhəmiyyətli uğurlar qazanıb, türk xalqlarının zəngin mədəniyyəti və irsinin öyrənilməsi və təbliği istiqamətində bir çox layihələr həyata keçirib, Türk dünyasında olan mövcud mədəni əlaqələri daha da möhkəmləndirib. Fond bundan sonra da bu mühüm missiyanı davam etdirəcək, Türk dünyasının maddi və mənəvi dəyərlərinin qorunması və təbliği üçün birgə işlər həyata keçirəcək.
Xatırladaq ki, 2012-ci il avqustun 23-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Şurasının Sammitində türk dövlətlərinin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının dövlət başçılarının qərarı ilə Azərbaycanın paytaxtı Bakı şəhərində Türk Mədəniyyəti və İrsi Fondu təsis edilib.
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub