Tədqiqatçı və yazıçı Aydın Türkgücü son kitabı "Qızıl məlumat çağı" ilə Nobel sülh mükafatına namizəd göstərilib. Bu barədə İstanbul Texniki Universitetində çıxış edən professor Orxan Qayda deyib. Professorun sözlərinə görə, iki ay aparılan müzakirələrdən sonra təklif mükafat komissiyası tərəfindən qəbul edilib: "Bu, Nobel sülh mükafatı tarixində bir ilk olacaq. Arzu edirik ki, bu kitab dünyada bir fərqlilik yaratsın. Müharibələr iki liderə Nobel sülh mükafatı verməklə sona çatmaz". Müəllif Aydın Türkgücü də jurnalistlərə verdiyi açıqlamasında bu məsələyə toxunub. Tədqiqatçının sözlərinə görə, mükafat "insanlararası sülhə" verilir: "İnsanların vahid sülhə xidmət edəcək gücü yoxdur. Tarix bizə bunu sübut edir. Biz də deyirik ki, artıq meyarlarda dəyişiklik edək. Heyvanlarla, təbiətlə və özümüzlə sülhə xidmət edən layihələrə mükafatlar verək. Nobel mükafatı üçün namizədlik prosesinə başladıq. Final dekabr ayında olacaq və 5 nəfər açıqlanacaq. Qarşımızdakı komanda çox peşəkardır. "Qızıl məlumat çağı" haradan və nə üçün gəldiyimiz sualı yerinə praqmatik bir dəyişiklik edərək sualda nə üçün yaşadığımızı soruşaraq, kainatın yuxu aləmi və illüziya olduğunu sübut etmək istiqamətində ciddi addımlar atmaqdadır" Kult.az
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür