27-29 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən VI Beynəlxalq Kitab Sərgi-Yarmarkasında “Hədəf” və “Xan” Nəşrləri də iştirak edib. Sərgi çərçivəsində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Hədəf Nəşrləri”nin stendini ziyarət edərək, nəşriyyat haqqında fikirlərini bölüşmüşdür: "Hədəf Nəşrləri daim türkçülük ideologiyasını özündə əks etdirən layihələrə imza atır. Bu layihələrin bəzilərində şəxsən özüm də iştirak etmişəm. Nəşriyyatın Türk dünyasının böyük yazıçılarının əsərlərinin çap etməsi ortaq türk birliyinə xidmət edir. Ümumilikdə Nəşriyyatn gördüyü işləri çox yaxından izləyirəm və təqdir edirəm. Bu gün eşitdim ki, nəşriyyatın 10 illik yubileyidir. Bu münasibətlə bütün kollektivi təbrik edirəm". VI Beynəlxalq Kitab Sərgi-Yarmarkasına oxucuların marağı böyük olmuşdur. [gallery ids="30568,30569"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür