Bakı Avrasiya Universitetində “Türkiyə Günləri Həftəsi” keçiriləcək
Senet.az xəbər verir ki, 2018-ci il 16-20 aprel tarixlərində baş tutacaq “Türkiyə Günləri Həftəsi”ndə Türkiyənin mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, mətbəxinin, görkəmli şəxsiyyətlərinin tanıdılması istiqamətində müxtəlif tədbirlər keçiriləcəkdir. Həftə çərçivəsində milli rəqslər, bəstəkar və xalq mahnıları, şeirlər ifa ediləcək, Rəşad Nuri Güntəkinin “Bir yudum su” hekayəsi əsasında tamaşa göstəriləcək.
Tədbirin açılış mərasimi 16 aprel saat 11:00-da Bakı Avrasiya Universitetinin akt zalında (ünvan: Akademik Həsən Əliyev 135 A) baş tutacaqdır. Həftə içində digər günlər isə tədbir saat 12:00-da başlayacaq.
Qeyd edək ki, tədbir Yunus Emre İnstitutunun Bakı Avrasiya Universiteti ilə birgə təşəbbüsü və təşkilatçılığı hazırlanmışdır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür