senetaz

Həsən Əliyev 80 D

16 Sentyabr 2016 228

Türkiyəli araşdırmaçının imza günü

Türkiyəli araşdırmaçının imza günü

Araştırmacı Yazar, Öğretim Görevlisi Fahri Yağlı - "Türk Milliyetçiliği  Kimlik işidir" » AzadMedia.az

Kitabevim.az kitab mağazasında Türkiyəli araşdırmaçı Atilla Oralın “Nuri Killigil” adlı kitabının təqdimat və imza mərasimi keçirlib. Tədbiri giriş sözü ilə filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq açaraq, Nuru Paşanın o dövrdəki xidmətlərindən danışaraq, onun fəaliyyətini minnətdarlıq hissi ilə yad etmişdir. Tədbirdə bir çox ziyalılar, elm adamları, Türkiyədən gələn qonaqlar iştirak edib. Millət vəkili Qənirə Paşayeva, professor Anar İsgəndərov, TUSİAB və ATİB-in nümayəndələri və digər təşkilatların nümayəndələri tədbirə qatılıblar. İmza günündə Qənirə Paşayeva çıxış edərərk, bu günün sıradan bir tarix olmadığını dilə gətirib: “15 sentyabrın Türkiyə-Azərbaycan qardaşlığına töfhə verdiyi gündür. Çünki Nuru Paşa nə qədər Turkiyə tarixi ilə bağlıdırsa, Azərbaycan tarixi ilə də o qədər bağlılıdır” – deyə millət vəkili vurğulayıb. Sonra isə kitabın müəllifi Atilla Oral çıxış edib.

O, hər kəsi salamlayaraq Azərbaycanda olmağından fərəh hissi keçirdiyini bildirdi. Qonaqpərvərliyə görə öz minnətdarlığını bildirən müəllif kitabda Nuru Paşa və o dövrün reallıqlarından bəhs edildiyini vurğulayıb. Tədbirin sonunda müəllif yeni çap olunmuş kitabını oxucular və qonaqlar üçün imzalayıb.

[gallery columns="4" ids="16773,16774,16777,16767,16768,16769,16770,16771,16772,16778,16779,16780,16782,16783,16785,16786,16791,16790,16789,16788,16787,,,,,,,,,,,,,"]