Bakıda keçirilən IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində dünya şöhrətli kinorejissor Cəfər Pənahinin “Üç üz” filminin Azərbaycan premyerası olub.
Senet.az xəbər verir ki, 71-ci Beynəlxalq Kann kinofestivalında “Ən yaxşı ssenari” nominasiyasının qalibi olan film patriarxal mühitdə aktrisaların üzləşdiyi çətinliklərdən bəhs edir.
Filmdə həyatının müxtəlif mərhələlərini yaşayan üç iranlı aktrisanın portreti yaradılıb. Onlardan biri karyerasını yarımçıq saxlayıb, digəri şöhrətin zirvəsindədir, üçüncü qəhrəman isə bu sahədə yenidir. Mühafizəkar ailəsi onun istəyinə qarşı çıxır. Gənc qız dəstək almaq məqsədilə ölkənin məşhur aktrisasına müraciət edir. Aktrisa kinorejissor dostu ilə birgə qızın yaşadığı kəndə yola düşür.
Filmdə əsas rolları İranın tanınmış aktrisası Bəhnas Cəfəri və Cəfər Pənahi ifa edir. Əslən azərbaycanlı olan rejissor digər filmlərində olduğu kimi, bu ekran əsərində də ana dilinə geniş yer verib.
Ölkəsində ev dustaqlığına məhkum edilən sənətkara 20 il ərzində film çəkmək qadağası da qoyulub. Buna baxmayaraq, “Üç üz” filmi rejissorun cəza kəsiləndən sonra çəkdiyi sayca dördüncü filmidir. Kann, Berlin, Venesiya, Lokarno kimi festivalların mükafatçısı olan rejissor müsahibələrinin birində deyib: “Kinematoqrafçının film çəkməməsi onun zindanda olmasına bərabərdir”.
Qeyd edək ki, festival Mədəniyyət, Gənclər və İdman nazirlikləri, “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür